“Sabah”ın qazandığı böyük uğurdur, buna sevinməliyik” - Video

“Sabah”ın qazandığı böyük uğurdur, buna sevinməliyik” - Video

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Kiyev “Dinamo”suna qarşı keçirəcəkləri cavab görüşündən danışıb.

O, matça yaxşı hazırlaşdıqlarını bildirib.

“Əvvəlcə dünənki qələbə münasibətilə “Sabah”ı təbrik edirəm. Çempionlar Liqasında da uğurlar arzulayıram. Böyük uğurdur, buna ancaq sevinməliyik. Özümüzə gəldikdə, pis hazırlaşmamışıq. Bir neçə gün yaxşı vaxtımız oldu, səmərəli istifadə edə bildik. 0:1 geridə olsaq da, çalışacağıq ki, yaxşı nəticə əldə edək. İnanıram ki, futbolçular oyuna tam köklənəcəklər. Qarşımızda yaxşı müdafiə olunan rəqib var, amma inanıram ki, yaxşı nəticə üçün futbolçular ən yaxşısını əldə edəcəklər”, - Q.Qurbanov qeyd edib.

Elsevər Məmmədov

Mənbə: qafqazinfo.az