“Mançester Siti” argentinalı qapıçını transfer edib

“Mançester Siti” argentinalı qapıçını transfer edib

Argentina millisinin qapıçısı Xeronimo Rulyi Fransanın “Marsel” klubundan İngiltərənin “Mançester Siti” komandasına keçib.

Mançester klubunun rəsmi saytı yaydığı məlumata görə, “şəhərlilər” 34 yaşlı qolkiperlə 2 illik müqavilə imzalayıb.

Qeyd edək ki, bu, Xeronimo Rulyi üçün “Mançester Siti”də ikinci dönəm olacaq. O, daha əvvəl 2016/2017-ci illər mövsümündə də Premyer Liqa təmsilçisində çıxış edib, lakin əsas komandada heç bir oyuna çıxmayıb.

Mənbə: az.trend.az