Konor Makqreqor Dastin Poryeyə məğlub oldu

Mütləq Döyüş Çempionatının (UFC) 2 çəki dərəcəsi üzrə sabiq çempionu Konor Makqreqorla Dastin Porye arasındakı görüş başa çatıb.

"Report" xəbər verir ki, Əbu-Dabidə keçirilən döyüşdə Dastin Porye qələbə qazanıb.

Döyüş ikinci raundda texniki nokautla qurtarıb.

Bu, Makqreqorla Porenin ikinci qarşılaşmasıdır. Onlar altı il əvvəl də döyüşüblər, həmin vaxt irlandiyalı qələbə qazanıb.

Azpolitika.info

ƏVVƏLKİ XƏBƏR

ABŞ sakini peyvənddən bir neçə saat sonra ölüb

SONRAKI XƏBƏR

Venesuelada qaz kəməri PARTLADILDI - VİDEO