Porye "UFC 257" turnirinin əsas döyüşündə Makqreroru məğlub edib

Amerikalı qarışıq döyüş növü üzrə döyüşçüsü (MMA) Dastin Porye "UFC 257" turnirinin əsas döyüşündə irlandiyalı Konor Makqreroru məğlub edib.

Trend-in "TASS"-a istinadən verdiyi məlumata görə, döyüş Əbu-Dabidə yerləşən "Döyüş adası"nda keçirilib.

Yarışlar 2020-ci ilin mart ayından bəri ilk dəfə tamaşaçıların iştirakı ilə keçirilib.

Yüngül çəkidə keçirilən döyüş titul statusu daşımayıb. Lakin UFC prezidenti Deyna Uaytın dediyinə görə, yarışın qalibi çempionluq kəmərinə namizəd hesab ediləcək.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Yeni Zelandiya sahillərində 5,8 maqnitudalı zəlzələ olub

SONRAKI XƏBƏR

Şamaxının Quşçu kəndi ərazisində vulkan püskürüb, 3 evin divarında çatlar əmələ gəlib - YENİLƏNİB