NBA-nın “Los-Anceles Leykers” komandası rekord həddə – 12 milyard dollara satılacaq.
Alıcılar amerikalı iş adamları Bob İqer və Donald Trampın kürəkəni Cared Kuşnerin kiçik qardaşı Coş Kuşner olacaq.
12 milyard dollardan çox dəyərində olan bu müqavilə “Leykers”i ABŞ tarixində ən dəyərli idman franşizasına çevirir. Əvvəlki rekord da Kaliforniya klubuna məxsus idi və onlar komandanı bir il əvvəl Mark Uolterə 10 milyard dollara satmışdılar.
Kuşner və İqer əvvəllər Las-Veqasda NBA-nın genişlənməsində iştirak etmişdilər, lakin gözlənilmədən keçən il Buss ailəsindən nəzarət payı əldə edən Mark Valterdən “Leykers” komandasını almaq üçün təklif irəli sürdülər.
Mənbə: publika.az