Ramos ən çox qol vuran müdafiəçi oldu

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) son on ildə dünyanın ən çox qol vuran müdafiəçilərinin reytinqini açıqlayıb.

Qol.az qurumun saytına istinadən xəbər verir ki, reytinqə "Real"ın və İspaniya millisinin futbolçusu Serxio Ramos başçılıq edir. O, son 10 ildə klubda 71, yığma komandada 18 qol (ümumilikdə 89 qol) vurub. İkinci yeri 78 qol vuran qibraltariyalı futbolçu Josef Çipolina tutur . Üçüncü sırada 73 qol vuran kosta rikalı Keylor Soto yer alıb.

Qeyd edək ki, Ramosun Madrid təmsilçisi ilə müqaviləsi bu ilin yayı başa çatır.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

Qarabağda artıq 1281 erməni əsgərinin meyiti tapılıb

SONRAKI XƏBƏR

Çavuşoğlu: “Azərbaycanlı mühəndisin nəşini ölkəsinə göndərəcəyik”