Boş qapıya penalti vurub bayram etdilər - Video

Boş qapıya penalti vurub bayram etdilər - Video

İspaniyanın “Malaqa” və İngiltərənin “Fulhem” klubları arasında keçirilən yoldaşlıq görüşündə maraqlı anlar yaşanıb.

Onların arasında keçirilən qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

İspanlar rəqibinə penaltilər seriyasında qalibi müəyyənləşdirməyi təklif ediblər. İngilislər isə bunun əvvəlki razılaşmada qeyd olunmadığını bildirərək meydandan ayrılıblar.
“Malaqa” futbolçuları isə penaltiləri boş qapıya vuraraq qələbəni böyük sevinclə qeyd ediblər.

“Fulhem”in penaltilər seriyasına qalmamasına səbəb isə təyyarəyə gecikmələri olub. Onları ölkəsinə qaytaracaq reysə çatmaq üçün komanda arenadan tələsərək ayrılıb.

Mənbə: qafqazinfo.az