İbrahimoviç özündən 10 yaş kiçik futbolçu ilə dalaşdı

İbrahimoviç özündən 10 yaş kiçik futbolçu ilə dalaşdı

"Milan"ın doğma meydanda "Atalanta"ya uduzduğu oyunda münaqişə baş verib.

Offsideplus.az Marca-ya istinadən xəbər verir ki, isveçli ulduz Zlatan İbrahimoviç rəqib futbolçu Duvan Sapata arasında insident yaşanıb.

Belə ki, 40 yaşlı İbrahimoviç özündən 10 yaş kiçik olan Sapataya "Karyerandakı oyun sayından çox qol vurmuşam" deyib. Kolumbiyalı hücumçu bu sözləri gülüşlə qarşılayaraq, isveçli forvarddan uzaqlaşıb.

Qeyd edək ki, sözügedən matç "Milan"ın 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

Mənbə: offsideplus.az