“Traxtur”un oyunu dava-dalaşla bitdi: Qapıçının burnunu qırdılar-FOTO

“Traxtur”un oyunu dava-dalaşla bitdi: Qapıçının burnunu qırdılar-FOTO

İranda futbol oyunu dava-dalaşla nəticələnib.

Kirman əyalətinin Sircan şəhərində baş tutan qarşılaşma oyunun sonunda qarşıdurmaya çevrilib.

GAMOH İdarə Heyətinin üzvü Ağrı Qaradağlının Cebhe.info-ya verdiyi məlumata görə, hadisə yanvar ayının 23-də olub.

Sircan şəhər stadioununda İran Premier Liqasının 12-ci turunda Təbrizin “Traxtur” komandası ilə Sircan şəhərinin “Qol-i Qohər” klubu üz-üzə gəlib.

Bakı vaxtı ilə saat 15:30-da başlanan qarşılaşma 44-cü dəqiqədə Hac Səfi, 76-cı dəqiqədə isə Abbaszadənin vurduğu qollarla “Traxtur”un qələbəsi ilə başa çatıb.
Rəqib komandanın yeganə qolu 64-cü dəqiqədə vurulub.

Bu qələbə ilə 3 vacib xal qazanan “Traxtur” klubu 19 xalla turnir cədvəlində 4-cü yerini qoruyub saxlaya bilib. Oyunun sonunda məğlubiyyətdən qəzəblənən ev sahibləri “Traxtur” komandasının oyunçularını təhqir ediblər.
Baş verən qarşıdurmada hər iki tərəfdən bir neçə oyunçunun xəsarət aldığı bildirilir.

Davanı sonlandırmaq üçün aracılıq edən “Traxtur” komandasının qapıçısı gözlənilmədən fars komandasnın oyunçularının hücumuna məruz qalıb.
Burnu sınan qapıçı müalicə üçün xəstəxanaya yerləşdirilib.

Aydın

 

Mənbə: cebhe.info