"Uğur istəyiriksə, oyunçu almalıyıq" - Kuman

“Barselona”nın baş məşqçisi Ronald Kuman komandanın heyətini gücləndirməli olduqlarını düşünür.

Qol.az “beİN Sports”a istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssis açıqlamasında yeni futbolçu almayacaqları təqdirdə, nəticələrinin yaxşı olmayacağını deyib:

“Mənim mövqeyim bəllidir: kifayət qədər oyunçumuz yoxdur. Amma klubdakı iqtisadi vəziyyət də buna təsir edir. Düşünürəm ki, hamımız eyni fikirdəyik. Futbolçu almasaq, indiki kimi çıxış etməyə davam edəcəyik. Böyük uğur istəyiriksə, yeni oyunçular almalıyıq”.

Qeyd edək ki, “Barselona” hazırda La Liqanın turnir cədvəlində 34 xalla 4-cüdür. Komanda lider “Atletiko”dan 10 xal geri qalır.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

AMEA: Quşçu vulkanın püskürməsi nəticəsində 30 m-lik çatlar əmələ gəlib

SONRAKI XƏBƏR

Həbib Makqreqoru tribunadan izlədi – Matçdan sonra diqqətçəkən sözlər