"Roma" 30 milyona satdığı futbolçunu qaytardı

"Roma" 30 milyona satdığı futbolçunu qaytardı

"Roma" sabiq ulduzunu qaytarır.

Offsideplus.az "Gazzette dello Sport"a istinadla xəbər verir ki, Stefan Əl-Şaaravinin İtaliyaya dönüşündə problem yoxdur. 28 yaşlı futbolçu Romaya gələrək tibbi müyinədən keçib. İtaliya millisinin üzvü köhnə-yeni komandasıyla 2,5 illik müqavilə bağlayacaq.

Qeyd edək ki, Əl-Şaaravi 2019-un yayında 30 milyon avro qarşılığında "Roma"dan "Şanxay Şenxua"ya transfer olunmuşdu. Bu komandanın heyətində sonuncu dəfə avqustda meydana çıxan hücumçu son 5 ayı futbolsuz qalıb.

Mənbə: offsideplus.az