Tanınmış şərhçiyə yeni vəzifə verilib

Tanınmış şərhçiyə yeni vəzifə verilib

Tanınmış idman şərhçisi Gündaz Abbaszadəyə "Qarabağ" futbol klubunda yeni vəzifə verilib.

BAKU.WS-in məlumatına görə, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Məlumata görə, o, klubun mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, ondan əvvəl bu vəzifəni Nurlan İbrahimov icra edirdi. Gündüz Abbaszadə isə əvvəllər ANS, CBC Sport telekanallarında və "Neftçi" klubunun mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb.

Mənbə: baku.ws