Türkiyə klubunun futbolçusu avtoqol vurub, komandadan ayrıldı

Türkiyə klubunun futbolçusu avtoqol vurub, komandadan ayrıldı

Türkiyə Superliqasının 21-ci turunda "Qazientep" - "Hatayspor" matçı baş tutub.

Offsideplus.az xəbər verir ki, 1:1 hesablı heç-heçə ilə bitən oyunda "Qazientep"in futbolçusu Cunior Morais avtoqol vurub. Bunun ardınca, 34 yaşlı müdafiəçi yoldaşlarından üzr istəyib və komandadan ayrıldığını açıqlayıb. Bu barədə klubun baş məşqçisi Rikardo Sa Pinto məlumat verib:

"Morais matçın axırlarına yaxın öz qapısına vurduğu qola görə üzr istəyib, komandadan ayrıldı. Mənə gələn məlumat belədir. Nə olduğunu bilmirəm. Deyəsən, ailəsi burda qalmaq istəmirdi. Səbəbi bu ola bilər. Çox təəccübləndim, görək nələr olur".

Mənbə: offsideplus.az