"Keşlə"də yeni baş məşqçi - Rəsmi

"Keşlə"də yeni baş məşqçi - Rəsmi

“Keşlə” Futbol Klubunun baş məşqçi vəzifəsinə təyinat baş tutub.

Qol.az klubun saytına istinadən xəbər verir ki, İdarə Heyətinin qərarına əsasən, komandanı Sənan Qurbanov çalışdıracaq. 40 yaşlı mütəxəssis ilə mövsümün sonuna qədər müqavilə imzalanıb. O, bu vəzifədə isteva verən Yunis Hüseynovu əvəzləyib.

Qeyd edək ki, Sənan Qurbanov buna qədər 2018-2019-cu illər mövsümündə Qəbələ”nin baş məşqçisi olub.

Mənbə: qol.az