Azərbaycan Kuboku: "Neftçi"nin rəqibi bəlli oldu

Azərbaycan Kuboku: "Neftçi"nin rəqibi bəlli oldu

Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.

Open.az xəbər verir ki, "Zirə" səfərdə "Qaradağ Lökbatan"la üz-üzə gəlib.

"Dalğa Arena"dakı qarşılaşma "Zirə"nin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Rəşad Sadıqovun baş məşqçilik etdiyi komandanın heyətində qolları 12-ci dəqiqədə Nemanya Andelkoviç, 27 və 45+1-ci dəqiqədə Davit Volkov, 30-cu dəqiqə isə Musa Qurbanlı vurub.

"Zirə" 1/4 finalda "Neftçi" ilə qarşılaşacaq. 1/4 finalın ilk matçları 1-2 fevralda, cavab görüşləri iə 6-7 fevralda keçiriləcək. İlk oyun "Bakcell Arena"da, cavab görüşü isə Zirə İdman Kompleksinin stadionunda olacaq.

Mənbə: open.az