"Növbəti oyunda da sensasiya etməyə çalışacağıq" - "Kəpəz"in baş məşqçisi

"Növbəti oyunda da sensasiya etməyə çalışacağıq" - "Kəpəz"in baş məşqçisi

"Oyunun əvvəlində həyəcan oldu. İkinci hissədə meydanda tamam başqa komanda var idi. Futbolçulardan razı qaldım. Komandamı təbrik edirəm".

Qol.az xəbər verir ki, bu fikirləri "Kəpəz"in baş məşqçisi Yaşar Vahabzadə Azərbaycan kubokunun 1/8 final mərhələsində səfərdə "Sabah"ı 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında deyib.

61 yaşlı mütəxəssis bildirib ki, əsas sürprizlər kubok matçında olur: "Qələbə qazandıq, mərhələ adladıq. Növbəti rəqib də Premyer Liqa klubudur, həmin matçda da sensasiya etməyə çalışacağıq".

Qeyd edək ki, "Kəpəz" 1/4 finalda "Keşlə" ilə üz-üzə gələcək. Bu raundun ilk matçları 1-2 fevralda, cavab görüşləri isə 6-7 fevralda keçiriləcək. İlk oyun "ASK Arena"da, cavab görüşü isə Gəncə şəhər stadionunda olacaq

Mənbə: qol.az