"Kəpəz"ə uduzmaq faciə deyil" - Visente Qomes

"Sabah"ın baş məşqçisi Visente Qomes Azərbaycan kubokunun 1/8 final mərhələsində "Kəpəz"ə 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandırdıqları oyunu şərh edib.

Qol.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında bunları deyib:

"Oyun bizim nəzarətimiz altında keçsə də, dinamika çatışmadı. Sonda məğlub olduq və mübarizəni dayandırdıq". Kəpəz"ə uduzmaq böyük səhvdir, amma faciə deyil. Məğlubiyyətdə hər kəsin səhvi var, ən böyük məsuliyyət isə baş məşqçinin üzərinə düşür".

 

Qol.az

ƏVVƏLKİ XƏBƏR

"Növbəti oyunda da sensasiya etməyə çalışacağıq" - "Kəpəz"in baş məşqçisi

SONRAKI XƏBƏR

Moskvada mitinqdə iştirak edən 30 nəfər həbs edildi