Skolari istefaya göndərildi

Skolari istefaya göndərildi

Braziliyanın "Kruzeyro" klubu baş məşqçisi Luis Felipe Skolarini istefaya göndərib.

Qol.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Tərəflər qarşılıqlı razılaşma əsasında müqaviləni ləğv edib.

Qeyd edək ki, Skolari ötən ilin oktyabrında "Kruzeyro"nun baş məşqçisi təyin olunmuşdu.

Mənbə: qol.az