"Bavariya" birini alır, digərini satır

"Bavariya" birini alır, digərini satır

"Bavariya” Dayot Upamekanonun transferini həll etməyə yaxındı.

Sport7.az xəbər verir ki, "Leypsiq”in fransalı müdafiəçinin alman klubuna keçidi yaxın günlərdə rəsmiləşəcək. Bu transferdən sonra Bundesliqa çempionu Niklas Zule ilə vidalaşmağı planlaşdırır.

Onun müqaviləsi 2022-ci ilin yayına qədər nəzərdə tutulsa da Niklas məşqçilər korpusunun planlarına daxil deyil. Bu üzdən onun satışı planlaşdırılır.

Mənbə: sport7.az