Bundesliqa klubunda yeni baş məşqçi

Almaniyanın “Herta” klubunun yeni baş məşqçisi müəyyənləşib.

"Qafqazinfo" xəbər verir ki, bundan sonra sözügedən komandanı Pal Dardai çalışdıracaq.

Bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Macarıstandan olan 44 yaşlı mütəxəssislə müddəti 2022-ci ilin iyununa qədər olan müqavilə imzalanıb. O, bu vəzifədə bir gün öncə istefaya göndərilən Bruno Labbadianı əvəzləyib.

Qeyd edək ki, Dardai 2015-2019-cu illər aralığında da “Herta”nı çalışdırıb. O, həm də futbolçu karyerası dönəmində, 1997-2011-ci illər aralığında Berlin klubunun uğurları üçün çalışıb, bu komandada çıxdığı 297 oyunda 17 qola imza atıb.

Xatırladaq ki, “Herta” Bundesliqada 18 turdan sonra 17 xalla 14-cü pillədə qərarlaşıb.

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

“HƏR ŞEY PUTİNİN HAKİMİYYƏTDƏN NECƏ GEDƏCƏYİNDƏN ASILI OLACAQ”– “Hamı aksiyada “Putin oğrudur” şüarını səsləndirirdi. Niyə?...”

SONRAKI XƏBƏR

Azərbaycan Respublikasının Avropa Şurasında üzvlüyünün 20 illiyi Strasburqda qeyd olunub (FOTO)