“Qalatasaray” sabiq yarımmüdafiəçisini yenidən heyətinə qatıb

“Qalatasaray” sabiq yarımmüdafiəçisi Henri Onyekurunu yenidən heyətinə qatıb.

SİA xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Nigeriyalı futbolçunun “Monako”dan mövsümün sonuna kimi icarəyə götürüldüyü bildirilib.

“Qalatasaray” “Monako”ya 650 min avro icarə haqqı ödəyəcək. Oyunçunun birdəfəlik transferi üçün isə İstanbul klubunun 4.35 milyon avro ödəməsi lazımdır. Lakin bu, 2021-ci ilin 11 iyununa kimi keçərlidir. “Onyekuru”nun özü idə Türkiyə klubunda bu mövsüm 750 min avro qazanacaq.

Qeyd edək ki, “Qalatasaray” Onyekurunu üçüncü dəfə heyətinə qatıb. İlk dəfə 2018/19 mövsümündə “Everton”dan icarəyə götürülən futbolçu, 2020-ci ildə də “Monako”dan icarətə götürülmüşdü. Nigeriya yığmasının üzvü İstanbul təmsilçisində ümumilikdə 56 oyuna çıxıb, 18 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Sia.az

ƏVVƏLKİ XƏBƏR

Şahbuzda qazilərə tibbi xidmət göstərildi

SONRAKI XƏBƏR

“Azərbaycan üçün bu müharibədə harada dayanmağı bilmək vacib idi...” HİKMƏT HACIYEV AMERİKALILARA DEYİR Kİ, BAKI RUSİYA SÜLHMƏRAMLILARINDAN RAZIDIR