"Barselona" bankrotla üz-üzə: Klubun 1 milyard avrodan çox borcu var


İspaniyanın "Barselona" klubu bankrot ola bilər.

Kataloniya təmsilçisinin 1 milyard 173 milyon avro borcu var. Borcun 730 milyon avrosu klubun qısa müddət ərzində hesablaşmalı olduğu öhdəliklərdir. Habelə, iyunun 30-dək bağlanılmalı olan 266 milyon avro bank borcu mövcuddur. Daha 90 milyon avronu isə "Barsa" dünyanın nəhəng investisiya banklarından olan "Goldman Sachs"a verməlidir.

Bundan başqa klubun gəlirlərinin 74 faizi əmək haqlarının ödənilməsinə gedir. Bu göstərici La Liqada qəbul olunmuş 70 faizlik limiti aşır. Cari maliyyə ilində xərclərin 796 milyon avro, gəlirlərin isə 828 milyon avro təşkil edəcəyi gözlənilir.//report

Yeniavaz.com

ƏVVƏLKİ XƏBƏR

Tunisdə son bir həftə ərzində törədilən iğtişaşlarla bağlı 1200-dən çox adam saxlanılıb

SONRAKI XƏBƏR

Milli Qvardiya döyüşçülərinin Vaşinqtonda qalma müddəti açıqlandı