"Arsenal"dan ayrılan futbolçu Yunanıstan klubunda

Bir neçə gün öncə “Arsenal”dan ayrılan Sokratis Papastatopulosun yeni klubu müəyyənləşib.

Qol.az xəbər verir ki, yunanıstanlı futbolçu karyerasını ölkəsində - “Olimpiakos” klubunda davam etdirəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 32 yaşlı müdafiəçi yeni klubu ilə 2.5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Sokratis daha öncə ölkəsində AEK (Afina) klubunun da formasını geymişdi. Yunanıstan yığmasında 90-dan çox oyun keçirən futbolçu karyerası ərzində “Cenoa”, “Milan”, “Verder”, “Borussiya” (Dortmund) kimi klublarda da çıxış edib.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

Ön xətdəki hərbçilərin MAAŞI: “Onların pulunu kəsmək cinayətdir” - SORĞU / VİDEO

SONRAKI XƏBƏR

BMT: dünyanın iki hissəyə bölünmə təhlükəsi var