"Real"ın müdafiəçisi koronavirusa yoluxdu

"Real"ın müdafiəçisi Naço Fernandezdə koronavirusa yoluxma halı aşkarlanıb.

Offsideplus.az İspaniya mətbutana istinadən xəbər verir ki, 31 yaşlı futbolçunun COVİD-19 testinin nəticəsi müsbət olub. Koronavirusa yoluxan Naço dərhal karantinə alınıb.

Serxio Ramos zədə səbəbindən yaşıl meydanlardan uzaq qaldığından, "Real"ın müdafiə xəttində Eder Militao və Rafael Varan qalıb.

Qeyd edək ki, "Kral klubu"nun baş məşqçisi Zinədin Zidan da koronavirusa yoluxanlar arasındadır.

Offsideplus.az

ƏVVƏLKİ XƏBƏR

Dünyada koronavirusa yoluxanların sayı 100 milyonu ötüb

SONRAKI XƏBƏR

Partlayışda qonşularına kömək edən şəxsin ayağı sındı