İtaliyanı cəza gözləyir Beynəlxalq Olimpiya Komitəsi

İtaliyanı cəza gözləyir Beynəlxalq Olimpiya Komitəsi

Beynəlxalq Olimpiya Komitəsi (IOC) İtaliya Milli Olimpiya Komitəsini (CONI) müvəqqəti kənarlaşdıra bilər.

SİA-nın "La Repubblika"ya istinadən məlumatına görə, səbəb dövlətin CONI-nin işinə müdaxilə etməsidir

IOC 2019-cu ildə ölkənin idman sənayesindəki maliyyəni idarə etmək üçün yaradılan hökumət quruluşundan şikayətlənir. Bu fondlar əvvəllər CONI tərəfindən idarə olunurdu.

IOC CONI-yə yanvarın 27-dək vaxt verib. IOC-un İcraiyyə Komitəsinin iclası yanvarın 27-də videokonfrans vasitəsilə keçiriləcək. İtaliya tərəfi üçün mümkün cəza idmançıların milli komanda formasında yarışmaq hüququndan məhrum edilməsi və ölkə himninin yarışlarda səslənməsinə qadağa qoyulmasıdır.

Qeyd edək ki, daha əvvəl belə bir hüquqdan Rusiya məhrum olunub.

Mənbə: sia.az