Üç debüt: Süleymanlı və Burcəliyev “üçlük”də

Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Qaradağ Lökbatan”la oyunu (4:0) üç futbolçunun “Zirə”də debütü ilə əlamətdar olub.

Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bunlar Nemanya Andelkoviç, Ayxan Süleymanlı və Tamerlan Burcəliyevdir. Bu matçadək bütün turnirlər nəzərə alınmaqla 143 futbolçu “qartallar”ın formasını geyinmişdi. Debütantlar bu rəqəmi 146-ya çatdırıb.

Ayxanla Tamerlan isə klub tarixinin üç ən gənc oyunçusu sırasına daxil olub. 2004-cü il yanvarın 16-da anadan olan Süleymanlının debütü 17 yaş 9 günlüyündə reallaşıb. 2003-cü il yanvarın 27-də anadan olan Burcəliyev isə 17 yaş 11 ay 29 günlüyündə ilk matçına çıxıb. Gənc futbolçular yalnız Cəlal Hüseynovun rekordundan geri qalıb. Sonuncu 16 yaş 11 ay 1 günlüyündə debüt şansı qazanıb. Süleymanlı 2-ci, Burcəliyev 3-cü göstəriciyə imza atıb.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

Peyvənd vurduran Çağla Şikel yenidən koronavirusa yoluxub? - VİDEO - FOTO

SONRAKI XƏBƏR

Səudiyyənin paytaxtına raket hücumu edildi