Di Mariya “Tottenhem”də?

Di Mariya “Tottenhem”də?

PSJ-nin futbolçusu Anxel Di Mariya karyerasını “Tottenhem”də davam etdirə bilər.

Qol.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb. London klubunun baş məşqçisi Joze Mourinyo 32 yaşlı yarımmüdafiəçini komandasında görmək istəyir.

Argentinalı oyunçunun Paris təmsilçisi ilə müqaviləsinin müddəti isə bu yay başa çatacaq. O, paytaxt klubu ilə sözləşməsini yeniləmək fikrində deyil.

Qeyd edək ki, Di Mariya “Real”da da Mourinyonun baş məşqçiliyi altında çıxış edib. Portuqaliyalı mütəxəssis 2010-2013-cü illərdə Madrid təmsilçisində işləyib. Di Mariya isə 2010-2014-cü illərdə bu komandada oynayıb.

Mənbə: qol.az