Federasiya prezidenti millimizin məşqini izlədi - FOTO

Federasiya prezidenti millimizin məşqini izlədi - FOTO

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Futzal Federasiyasının (AFF) prezidenti Zaur Axundov Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində yanvarın 29-da Bakı İdman Sarayında Slovakiya, fevralın 2-də isə Afinada Yunanıstan yığması ilə qarşılaşacaq futzal üzrə Azərbaycan milli komandasının heyəti ilə görüşüb.

AFF prezidenti komandanın üzvlərinə qarşıdakı oyunlarda uğurlar arzulayıb.

Millinin baş məşqçisi Joze Alesio da Silva hazırlıqla və oyunçuların durumu ilə bağlı federasiya rəhbərinə məlumat verib.

Mənbə: www.oxu.az