Tomas Tuxel "Çelsi"nin baş məqçisi təyin olunub

Almaniyalı mütəxəssis Tomas Tuxel İngiltərənin "Çelsi" futbol klubunun baş məşqçisi vəzifəsinə təyin olunub.

Trend-in məlumatına görə, bu barədə London komandasının mətbuat-xidməti bildirib.

Məlumata əsasən, müqavilə 1,5 il müddətinə bağlanıb. Bu vəzifədə o Frenk Lempardı əvəz edib.

Qeyd edək ki, cari mövsümdə klub 19 turun nəticələrinə əsasən 29 xalla İngiltərə çempionatında doqquzuncu sırada yer alıb.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Putinlə Bayden arasında telefon danışığı olub

SONRAKI XƏBƏR

XİN: “Ermənistanın AŞPA-nın qətnaməsinə düzəlişləri təşkilat tərəfindən rədd edilib”