Makqreqor özünü ekskavator sürücüsü kimi sınadı - VİDEO

Konor Makqreqor amerikalı rəqibi Dastin Puaryeyə məğlub olduqdan sonra sosial şəbəkələrdə paylaşım edib.

Belə ki, sosial şəbəkələrdə iki çəki kateqoriyasında keçmiş UFC çempionunun ekskavator sükanı arxasında görüntüləri yayılıb.

Kadrlarda irlandiyalının oğlu ilə birlikdə çimərlik sahəsindəki xüsusi oyun meydançasında ağır texnikanı idarə etməsi əks olunur.

Konorun azarkeşləri bu təsvirlərdə gizli mesaj olduğunu bildiriblər.

Bəziləri bu görüntüləri eks-çempionun həyatını yenidən quracağına, bəziləri isə peşəsini dəyişəcəyinə işarə kimi qiymətləndirib.

 

Paralel.az

ƏVVƏLKİ XƏBƏR

“Ölkəmiz Njdenin abidəsini darmadağın etmək gücünə malikdir” - Politoloq

SONRAKI XƏBƏR

Xarici sərmayə artıb