Messinin PSJ-yə keçmək ehtimalı ilə bağlı növbəti məqam

Messinin PSJ-yə keçmək ehtimalı ilə bağlı növbəti məqam

“Barselona”nın kapitanı Lionel Messi və ailəsi fransız dilini öyrənməyə başlayıb.

Bu barədə “Canal+” telekanalının jurnalisti Joffura Qaratye məlumat yayıb.

O əmindir ki, bu, argentinalı hücumçunun PSJ-yə keçmək niyyətindən irəli gəlir.

“Messi “Mançester Siti” ilə müqavilə imzalayacaqsa, fransızca öyrənmək onun nəyinə lazımdır? Bunun mənası olmazdı. Mən xəbər aldığım mənbəyə etimad edirəm. Messi borc içində olan “Barselona”nı tərk edəcək. Onun seçimində həyat yoldaşının da həlledici rolu olacaq”, - deyə jurnalist iddia edib.

Xatırladaq ki, L.Messinin “Barselona” ilə müqaviləsi 30 iyun 2021-ci il tarixinədək qüvvədədir.

Mənbə: milletinsesi.info