"Barselona" oyunçuların maaşını ödəmir

"Barselona" oyunçuların maaşını ödəmir

"Barselona" klubu futbolçuların dekabr ayı üçün maaşlarını ödəməyib.

Katalon klubunun oyunçuları ödəmələri iki tranşla alırlar - iyunda və dekabrda.

Bu dəfə likvidlik olmadığı üçün futbolçular dekabr ayının maaşını almayıblar. Bundan əvvəl “Barselona” 1,2 milyard avro borcunu və qısamüddətli 730 milyon avro borcunu elan edib.

Kataloniyalılar 2019/2020 mövsümünü 488 milyon avro borcla başa vurublar və klub öz kreditorları ilə bu ödənişlərə möhlət verilməsi haqqında danışıqlar aparır. Klub koronavirus pandemiyasının büdcəyə göstərdiyini bildirib.

"Barselona" 19 görüşdə 37 xal yığıb və İspaniya Primerasının yarış cədvəlində üçüncü yer tutur.//Report

Mənbə: www.yeniavaz.com