İngiltərə Premyer Liqasının yeni lideri məlum oldu

İngiltərə Premyer Liqasının 20-ci turunda “Vest Bromviç Albion” doğma meydanda “Mançester Siti”ni qəbul edib.
“Report” xəbər verir ki, görüş “şəhərlilər"in böyük hesablı ilə qələbəsi başa çatıb. "Mançester Siti" rəqib qapısından 5 cavabsız top keçirib.
Topları rəqib qapısından İlkay Gündoğan (dubl), Joau Kanselu, Riyad Marez və Rahim Sterlinq keçiriblər.
Beləliklə, "Mançester Siti" Premyer Liqada ardıcıl yeddinci qələbəsini qazanaraq, turnir cədvəlinin birinci pilləsinə qalxıb. “Yest Bromviç” isə 19 yerdə qərarlaşıb.

Teref.az

ƏVVƏLKİ XƏBƏR

Leonardo Di Kaprio Cozef Baydenə açıq məktub yazdı

SONRAKI XƏBƏR

Niderlandın paytaxtında etirazlar keçirilib