İsrafilov İspaniyada sabiq komandasına qol vurdu, sevinmədi - VİDEO

İspaniyanın “Albasete” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov Sequndada növbəti qulunu vurub.

milletinsesi.info xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi XXII turda “Alkorkon”la matçda fərqlənib.

O, 30-cu dəqiqədə sol ayaqla baxımlı qola imza atıb və komandasını hesabda önə çıxarıb. İsrafilov 2018-2019-cu illərdə oynadığı sabiq komandasına qol vurduğu üçün sevinməyib.

Eddinin 90 dəqiqə oynadığı görüş “Albasete”nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komanda bu nəticədən sonra sonuncu sıradan qurtulub. “Albasete” 21 xalla 19-cu pillədədir.

Qeyd edək ki, Eddi İsrafilov 2019-cu ilin avqustun 12-də “Albasete” ilə dörd illik müqavilə bağlayıb. O, cari mövsüm bu komandada ikinci qolunu vurur.

Səbuhi Musayev

 

Milletinsesi.info

ƏVVƏLKİ XƏBƏR

Ermənistanda qalmaqal: Hərbçilərin cəsədləri mobil soyuducularda saxlanılır

SONRAKI XƏBƏR

Bankların öhdəlikləri azalıb