Acun Ilıcalının klubu “Mançester Yunayted”ə qalib gəldi

Acun Ilıcalının klubu “Mançester Yunayted”ə qalib gəldi
İngiltərə Premyer Liqasında 2026/27 mövsümünün 1-ci turunda "Hall Siti” "Mançester Yunayted”i qəbul edib.
Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Türk iş adamı Acun Ilıcalının sahibi olduğu, 9 illik fasilədən sonra Premyer Liqaya qayıdan "Hall Siti”nin qollarını Semi Acayi (17) və Nobel Mendi (38) vurublar.
Beləliklə, "Mançester Yunayted” yeni mövsümə məğlubiyyət, "Hall Siti” isə qələbə ilə başlayıb.
///qol.az///

Mənbə: azxeber.com