Diaqnenin yeni klubu bəlli oldu

Diaqnenin yeni klubu bəlli oldu

"Qalatasaray" lı Mbaye Diaqnenin yeni iş yeri bəlli olub.

Offsidelus.az "Sky Sports"a istinadən xəbər verir ki, 29 yaşlı hücumçu "Vest Bromviç"in şərəfini qoruyacaq. Türkiyə və İngiltərə klubları arasında son 10 gündə davam edən müzakirələr müsbət effekt verib. Diaqne mövsümün sonuna qədər "Vest Bromviç"də icarə əsasında oynayandan sonra yayda klub rəhbərləri birdəfəlik transfer üçün danışıq masası arxasına keçəcək.

Qeyd edək ki, "sarı-qırmızılar"ın 2019-cu ildə "Kasımpaşa"dan 13 milyon avroya aldığı forvard cari Super Liqa mövsümündə meydana çıxdığı 15 oyunda 9 qol vurub.

Mənbə: offsideplus.az