Millimizin rəqibləri sabah müəyyənləşəcək

Millimizin rəqibləri sabah müəyyənləşəcək

Sabah İsveçrənin Nyon şəhərində 21 yaşadək futbolçulardan ibarət komandalar arasında 2023-cü ildə Rumıniya və Gürcüstanda təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Sport7.az xəbər verir ki, COVID-19 pandemiyası ilə əlaqədar onlayn formatda təşkil olunacaq püşkatma Bakı vaxtı ilə saat 15:30-da başlayacaq. Seçmə mərhələnin oyunları bu ilin martında başlayacaq 2022-ci ilin iyun ayında başa çatacaq.

Mənbə: sport7.az