"Mançester Yunayted" hücumçusu ilə yollarını ayırdı

"Mançester Yunayted" hücumçusu ilə yollarını ayırdı

"Mançester Yunayted" klubu nigeriyalı futbolçusu İqalo Odion ilə vidalaşıb.

Offsideplus.az xəbər verir ki, 31 yaşlı forvard aid olduğu "Şanxay Qrinlend" klubuna qayıdıb. Bu barədə "qırmızı şeytanlar"ın rəsmi "Tvitter" hesabı məlumat yayıb.

Qeyd edək ki, İqalo "Mançester Yunayted"ə 2020-ci ilin yanvarında icarə əsasında keçid etmişdi. O, kub tarixinin ilk nigeriyalı futbolçusudur.

Mənbə: offsideplus.az