Fransa Liqa 1 təmsilçisi "Lill" "San Lorenso"nun qapıçısı Orlando Gillin transferini uğurla yekunlaşdırıb.
Fransızlar paraqvaylı qolkiper üçün 3.6 milyon avro ödəyəcək.
Şəxsi müqavilə şərtlərində tam razılıq əldə edilib.
Təcrübəli əlcək sahibi tezliklə yeni komandasının düşərgəsinə qoşulacaq.
Mənbə: unikal.az