Ceko Premyer Liqa klubuna getmək istəmədi

Ceko Premyer Liqa klubuna getmək istəmədi

"Roma”nın futbolçusu Edin Dzeko qış "transfer pəncərəsi”ndə komandasını dəyişəcək.

Sport7.az saytının məlumatına görə, bosniya və herseqovinalı hücumçu baş məşqçi Paulu Fonseka ilə münaqişə üzündən klubda qalmaq istəmir. 34 yaşlı forvard artıq İngiltərə "Vest Hem”indən təklif alıb. Lakin Dzeko Premyer Liqa təmsilçisinə keçməkdən imtina edib.

Futbolçunun agenti klub rəhbərliyi ilə görüşərək onun gedişi barədə müzakirə aparıb.

Mənbə: sport7.az