Mourinyodan Alli açıqlaması

Mourinyodan Alli açıqlaması

"Tottenhem"in baş məşqçisi Joze Mourinyo yarımmüdafiəçi Delle Allinin klubdakı gələcəyi haqda danışıb.

Qol.az xəbər verir ki, o, "Sky Sports"a açıqlamasında ingilis oyunçunun London təmsilçisində saxlamaq istədiklərini deyib: “Delenin qalacağını gözləyirəm və bu barədə transfer pəncərəsinin əvvəlindən bəri danışırdım. Düşünmürəm ki, kimsə "Tottenhem"dən gedəcək və ya klub bu qış kimisə alacaq. Transfer pəncərəsi tezliklə bağlanacaq, bir şeyin olacağına inanmıram",

Qeyd edək ki, D.Alli bu mövsüm 12 matçda 2 qol vurub, eyni sayda qolun ötürməsini verib.

Mənbə: qol.az