Poqbadan Zlatana dəstək

Poqbadan Zlatana dəstək

"Mançester Yunayted"in futbolçusu Pol Poqba Zlatan İbrahimoviçin irqçi olduğu ilə bağlı iddialara reaksiya bildirib.

Offsideplus.az xəbər verir ki, 26 yaşlı fransalı bu barədə öz "tvitter" hesabında paylaşım edib. Zlatanın irqçi olmadığını bildirən Poqba bu sözləri yazıb:

"Zlatan... irqçidir? Özü məni çox istəyir, ona görə də məncə, irqçi ola biləcək ən sonuncu insandır. Yaxşı da, bununla zarafat eləməyin!".

Qeyd edək ki, ZLatan İbrahimoviç dünən "İnter"lə baş tutan matçda (2:1) Romalu Lukaku ilə münaqişəyə girmişdi.

Mənbə: offsideplus.az