Qalmaqallı matçda Türkiyə Superkubokunun qalibi müəyyənləşdi

Qalmaqallı matçda Türkiyə Superkubokunun qalibi müəyyənləşdi

Bu gün Türkiyə Superkubokunun final oyunu keçirilib.

Offsideplus.az xəbər verir ki, "Başakşehir" doğma meydanda "Trabzonspor"u qəbul edib. Matç 6 sarı və 2 qırmızı vərəqə ilə yadda qalıb. "Başakşehir"in kapitanı Aleksandro Epureanu qırmızı vərəqə alaraq meydandan qovulub. Bundan əlavə, "Trabzonspor"un məşqçisi, əvvəllər "Başakşehir"də çıxış etmi. Egemen Korkmaz da "qırmızı" ilə cəzalanıb.

1:2 hesabı ilə qələbə qazanan Trabzon təmsilçisi Türkiyə Superkubokunun sahibi olub. Komandanın baş məşqçisi Abdullah Avcı məşqçilik karyerasında ilə kuboku "Trabzonspor"la bu gecə qazanıb. Bununla da, "trabzonlular" 14-cü dəfə Türkiyə Superkubokunu başı üzərinə qaldırıblar.

"Başakşehir" - "Trabzonspor" 1:2 (Dembaba, 58. - Canini, 47. K.Ekuban, 85.)

 

Mənbə: offsideplus.az