"Kloppla dost deyiləm" - Mourinyo

"Kloppla dost deyiləm" - Mourinyo

"Tottenhem"in baş məşqçisi Joze Mourinyo "Liverpul"un çalışdırıcısı Yurgen Kloppla münasibətlərindən danışıb .

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o, alman mütəxəssislə dost olmadığını deyib: “Mən Yurgenin dostu deyiləm, çünki onunla heç zaman vaxt keçirməmişəm.

Bir insanı yaxşı tanıdığınız zaman deyə bilərsiniz: "Mən onu bəyənirəm, o mənim dostumdur." Və ya: "Mən onu sevmirəm, o mənim dostum deyil".

Yurgenlə matçdan əvvəl və ya görüş ərzində 5 dəq söhbətim olur. Onun haqqında söyləyə biləcəyim budur ki, hörmət etdiyim, heç bir problemim olmadığı həmkarımdır.

Və düşünürəm ki, Klopp da mənim haqqımda eyni şeyi düşünür".

Qeyd edək ki, "Tottenhem" bu gecə saat 00:00-da "Liverpul"u qəbul edəcək.

Mənbə: qol.az