Ronaldo və sevgilisi karantin qaydalarını pozdu

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo və sevgilisi Corcina Rodriges karantin qaydalarını pozublar.

Qol.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, cütlük Valle d'Aosta’dakı Piedmont bölgələri arasındakı sərhədi keçib, hər ikisi də narıncı bölgədədir. Portuqaliyalı hücumçu sevgilisinin 27 yaşını qeyd etmək üçün onunla xizək mərkəzinə gedib.

Onların rəsmi olaraq bağlanmış bir oteldə yaşadıqları deyilir. Ronaldo və Corcinanın xizək mərkəzindəki videosu sosial şəbəkələrdə yayılıb, daha sonra silinib.

35 yaşlı oyunçu və sevgilisi koronavirusa qarşı tədbirləri pozduqları üçün cərimələnə bilərlər.

Qeyd edək ki, Ronaldo İtaliya kubokunun 1/4 finalında dünən keçirilən SPAL-la matçda (4:0) oynamayıb.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

"Tanrı bizə Laçına, Şuşaya ayaq basmağı nəsib etsin" – Şəhid Polkovnikin etdiyi dua – VİDEO + FOTOLAR

SONRAKI XƏBƏR

Səfər Mehdiyev: “Gömrük Akademiyası MIT və Harvardın platformasına qoşuldu”