"Sabah"ın kapitanı: "Bəhlul Mustafazadə çox əsəbiləşib"

"Sabah"ın kapitanı: "Bəhlul Mustafazadə çox əsəbiləşib"

"Sabah" klubunun kapitanı Ruslan Abışov sosial şəbəkədə maraqlı video paylaşıb.

Sport7.az xəbər verir ki, 34 yaşlı müdafiəçi feysbukda komanda yoldaşı Bəhlul Mustafazadənin boks əlcəkləri ilə göstərdiyi məharətindən bəhs edib.

Abışov paylaşımında Mustafazadə üçün "Çox əsəbiləşib, çox" ifadəsini işlədib. Təcrübəli oyunçu az sonra həmin videonu silib.

Qeyd edək ki, Danimarkanın "Veyle" klubu Bəhlul Mustafazadə üçün "Sabah"a təklif göndərib. Lakin klub 24 yaşlı müdafiəçini buraxmaqdan imtina edib. Futbolçunun agenti Səbuhi Səfiyarlı "Report"a açıqlamasında oyunçunun qərardan məyus olduğunu bildirib.

Mənbə: sport7.az