"Qalatasaray" misirli futbolçunu transfer etdi

Türkiyənin "Qalatasaray" klubu növbəti futbolçu transferini gerçəkləşdirib.

Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi Misirin "Zamalek" klubundan Mustafa Məhəmmədi heyətinə qatıb. Bu barədə "NTV Spor" məlumat yayıb.

Misir yığmasının da şərəfini qoruyan 24 yaşlı hücumçu 1,5 illik icarəyə götürülüb.

"Sarı qırmızılar" bu keçid üçün qarşı tərəfə 2 milyon ABŞ dolları ödəyəcək. "Qalatasaray" transferi gerçəkləşdirmək üçün əlavə 4 milyon avro ödəməlidir.

Offsideplus.az

ƏVVƏLKİ XƏBƏR

Populyar sosial şəbəkədə istifadəçi məlumatlarını oğurlamaq imkanı aşkarlanıb

SONRAKI XƏBƏR

İnanılmaz: Palatada yer olmadığı üçün həkim koronavirus xəstələrini öldürdü