Azərbaycan millisinin sabiq üzvü Filip Ozobiçin yeni klubu bəlli olub.
35 yaşlı xorvatiyalı yarımmüdafiəçi öz ölkəsinin “Mladost Zdralovi” klubu ilə anlaşıb. Futbolçu ilə mövsümün sonunadək müqavilə imzalanıb.
Xatırladaq ki, Ozobiç Azərbaycanda "Qəbələ", "Qarabağ", "Neftçi" və "Turan Tovuz"da forma geyinib.
Mənbə: qafqazinfo.az