Mahir önə keçdi

Mahir önə keçdi

Azərbaycan Premyer Liqasının bombardirlər siyahısında lider dəyişib.
Qol.az xəbər verir ki, "Qarabağ"ın hücumçusu Mahir Emreli "Neftçi"nin yarımmüdafiəçisi Namiq Ələsgərovu geridə qoyaraq ilk pilləyə yüksəlib.

23 yaşlı forvard bu gün "Səbai"lə görüşdə (4:0) dubl edərək qol sayını 10-a yüksəldib. Namiqin aktivində isə 8 qol var.
Xatırladaq ki, "Qarabağ" bu qələbə ilə həm də "Neftçi"ni keçərək liderliyə yüksəlib.

Mənbə: qol.az