"Formula 1"in sabiq pilotu dünyasını dəyişdi

"Formula 1"in sabiq pilotu dünyasını dəyişdi

"Formula 1" üzrə dünya çempionatında çıxış etmiş keçmiş pilot Adrian Kampos vəfat edib.

Offsideplus.az xəbər verir ki, "Formula 2"də "Campos Racing"in qurucusu və prezidenti olmuş Kampos 60 yaşında dünyasını dəyişib. Onun ölümünə səbəb ürək çatışmazlığı olub.

Qeyd edək ki, Adrian Kampos 1987-1988-ci illərdə "Formula 1"də "Minardi"nin heyətində 16 yarışda iştirak edib və yalnız 2 dəfə finiş xəttinə çatıb. Onun ən yaxşı nəticəsi 14-cü yer olub.

Sürücü 1998-ci ildə gənclərin yarış seriyasında iştirak edən komandasını qurub.

Mənbə: offsideplus.az